
Dünya çempionatı klubların büdcəsinə ciddi maliyyə vəsaiti qazandırmağa davam edir.
Fanat.Az xəbər verir ki, turnirdə ən çox futbolçu ilə təmsil olunan klublardan biri olan "Arsenal" bu gedişatdan ən çox gəlir əldə edən komandalar sırasındadır.
FIFA-nın xüsusi proqramına əsasən, London təmsilçisi hazırda çempionatda mübarizə aparan 15 futbolçusuna görə qurumdan hər gün üçün tam 75,000 dollar kompensasiya qazanır.
Bu gəlir turnir davam etdikcə London klubunun büdcəsini xeyli rahatladacaq