
Hazırda davam edən dünya çempionatının qrup mərhələsinin 3-cü turunda Əlcəzair və Avstriya milliləri arasında keçirilən matçın ən yaxşı oyunçusu müəyyənləşib.
Fanat.Az xəbər verir ki, afrikalıların heyətində Riyad Mahrez fərqləndirilib.
O, 3:3 hesablı bərabərliklə bitən qarşılaşmada dubla imza atıb.
Qeyd edək ki, iyunun 11-də başlayan DÇ-2026 iyulun 19-da yekunlaşacaq. J qrupunda 3-cü olan Əlcəzair ən yaxşı qrup üçüncülərindən biri qismində 1/16 finala adlamağı bacarıb. Sözügedən kollektiv bu raundda İsveçrə seçməsi ilə üz-üzə gələcək.
Toğrul