
Hazırda davam edən dünya çempionatının qrup mərhələsinin 3-cü turunda Özbəkistan seçməsini 3:1 hesabı ilə üstələyən və tarixi uğura imza ataraq 1/16 finala yüksələn Konqo Demokratik Respublikası yığmasının baş məşqçisi Sebastyen Desabr fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, o, K qrupunda baş turan görüşdən sonra təşkil edilən mətbuat konfransında belə danışıb:
"Futbolçularımızı təbrik edirəm. Bu gün, həqiqətən, qeyri-adi performansla yadda qaldılar. Biz buraxdığımız qollara reaksiya verməyi bacaran, sona qədər mübarizə aparan komandayıq.
Özbəkustanla görüşdə daha hücumameyilli oynadıq və hamı bizim qol vurmaq bacarığımızı gördü. Bu, çox sevindirici məqamdır. Çox qürurluyuq və bütün Konqo xalqı adına xoşbəxtik".
Toğrul