Argentinadan dünya çempionatında ağlasığmaz addım

Argentinadan dünya çempionatında ağlasığmaz addım

Dünya çempionatında mübarizə aparan Argentina milli komandası turnirdəki rahatlığını və qidalanmasını hər şeydən üstün tutur.

Fanat.Az xəbər verir ki, Argentina yığması turnir boyu qalacaqları müddətdə istifadə etmək üçün özləri ilə birlikdə tam 500 kiloqram xüsusi ət gətirib.

Jurnalist Leo Paradizonun məlumatına görə, komandanın xüsusi menyusu üçün müxtəlif növ ət kəsimləri (antrikot, qabırğa, bifşteks, t-bon və s.) seçilib.

Argentinalıların bu qeyri-adi tədarükü turnirin ən çox bəhs edilən maraqlı hadisələrindən birinə çevrilib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər