
Dünya çempionatında qrup mərhələsinin başa çatması ilə mübarizəni erkən dayandıran komandaların statistik göstəriciləri bəlli olub.
Fanat.Az xəbər verir ki, turnirlə vaxtından əvvəl vidalaşan və heyət dəyərinə görə ən bahalı olan kollektivlərin reytinqi açıqlanıb.
Türkiyə millisi qrup dördüncüləri arasında 3 xal toplayan yeganə komanda olsa da, turnirdən kənarda qalan ən dəyərli ölkə kimi diqqət çəkib.
Qrup mərhələsində mübarizəni dayandıran ən dəyərli 16 komandanın siyahısını təqdim edirik:
1. Türkiyə – 473 milyon €
2. Uruqvay – 359 milyon €
3. Çexiya – 188 milyon €
4. Şotlandiya – 170 milyon €
5. Cənubi Koreya – 139 milyon €
6. Özbəkistan – 85 milyon €
7. Tunis – 69 milyon €
8. Haiti – 55 milyon €
9. Səudiyyə Ərəbistanı – 40 milyon €
10. Yeni Zelandiya – 34 milyon €
11. Panama – 34 milyon €
12. İran – 32 milyon €
13. Kürasao – 25 milyon €
14. İraq – 21 milyon €
15. İordaniya – 20 milyon €
16. Qətər – 20 milyon €
Kamil Xudiyev