
Dünya çempionatı çərçivəsində Miamidə keçirilən Portuqaliya - Kolumbiya qarşılaşması futbol tarixinə keçəcək bir bilet çılğınlığına səhnə olub.
Fanat.Az xəbər verir ki, bu qarşılaşmanı stadiondan canlı izləmək üçün 20 milyondan çox insan bilet tələbi göndərib.
Tələbatın bu dərəcədə fantastik həddə çatması bilet qiymətlərini də astronomik səviyyəyə qaldırıb. Erkən dönəmdə biletlərin qiyməti sürətlə 3000 dolların üzərinə fırlanıb və matç gününə qədər də bu qiymət sabit qalıb.
Lakin azarkeşlərin stadionda yaratdığı bu unikal atmosferə və tribunalardakı böyük coşğuya baxmayaraq, meydandakı mübarizə qol sükutu ilə başa çatıb. Gərgin keçən və böyük maraqla izlənilən qarşılaşma 0-0 hesablı bərabərliklə yekunlaşıb.