
Hazırda davam edən futbol üzrə dünya çempionatının 1/16 final mərhələsində bu gün Yaponiyanı 90+5-ci dəqiqədə vurduğu qolla 2:1 hesabı ilə yenərək 1/8 finala yüksələn Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti qələbəni şərh edib.
Fanat.Az xəbər verir ki, italiyalı çalışdırıcı matçın ardından baş tutan mətbuat konfransında belə danışıb:
"Oyunumuzdan razıyam. Sonadək təmkinli davrandıq...
Yaponiya asan keçiləcək rəqib deyil. Çox yaxşı təşkilatlanmış, yüksək intensivliklə oynayan komandadır.
Neymar? Onu əlavə vaxta saxlayırdım. İkinci qolu vurmasaydıq, 60 və ya 65-сi dəqiqədə meydana çıxacaqdı. Özünə də demişdim. Komanda yaxşı oynadığı üçün müdaxiləyə ehtiyac duymadım".
DÇ-2026 tarixdə ilk dəfə 48 komandanın iştirakı ilə keçirilir. ABŞ, Kanada və Meksikada təşkil olunan mundial iyunun 11-də başlayıb. DÇ həyəcanı 19 iyul tarixinə qədər davam edəcək. Son dünya çempionu Argentina millisidir.
Nihat