
Futbol üzrə dünya çempionatının 1/16 final mərhələsində Mərakeş yığmasına penlti seriyasında uduzaraq (1:1, penaltilər: 2:3) mübarizəni dayandıran Niderland millisinin baş məşqçisi Ronald Kuman ünvanına səslənən tənqidlərə münasibət bildirib.
Fanat.Az xəbər verir ki, 63 yaşlı mütəxəssis mətbuat konfransında belə danışıb:
"Bəzi şeyləri daha yaxşı edə bilərdik. Elə anlar oldu ki, həddindən artıq geri çəkildik və özümüz yaxşı müdafiə olunduğumuz halda, rəqibi təzyiqdə saxlaya bilmədik.
Bütün Niderland deyirdi ki, beş müdafiəçi ilə oynamalıyıq. Biz beş müdafiəçi ilə oynadıq, amma yenə də tənqid olunduq. Bir daha vurğulayım, tüpürüm tənqidlərə".
Xatırladaq ki, ABŞ, Kanada və Meksikada təşkil olunan DÇ-2026 iyunun 11-də başlayıb. Mundial həyəcanı 19 iyul tarixinə qədər davam edəcək. Son dünya çempionu Argentina millisidir.
Toğrul