
Futbol üzrə dünya çempionatının 1/16 final mərhələsində Almaniya yığmasını penlti seriyasında üstələyərək (1:1, penaltilər: 4:3) 1/8 finala yüksələn Paraqvay millisinin baş məşqçisi Qustavo Alfaro fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, o, mətbuat konfransında belə danışıb:
"Biz heç vaxt özümüzü əvvəldən uduzmuş saymırıq. İyirmi altı döyüşçü meydana çıxdı və hər biri əfsanəyə çevrildi. Qrup mərhələsinin birinci turunda ABŞ-yə məğlubiyyətdən dərs çıxarmasaydıq, bu matça hazırlaşa bilməzdik.
Uşaqlara unudulmaz axşam yaşadığımızı dedim. Biz hə r şeyə mübarizə nəticəsində nail oluruq.
Kanale (həlledici zərbənin müəllifi) həyatda əsl qəhrəmandır. O, çox çətinliklərdən keçib. Bu, Tanrının ədaləti idi".
Xatırladaq ki, ABŞ, Kanada və Meksikada təşkil olunan DÇ-2026 iyunun 11-də başlayıb. Mundial həyəcanı 19 iyul tarixinə qədər davam edəcək. Son dünya çempionu Argentina millisidir.
Toğrul