
Dünya futbolunun ən təhlükəli hücumçularından olan Erlinq Holand Norveç millisinin heyətində inanılmaz uğura imza ataraq tarixə düşüb.
Fanat.Az xəbər verir ki, ulduz forvard yığma forması ilə çıxdığı son 13 qarşılaşmada rəqib qapılarına 25 qol vurmağı bacarıb.
O, bu seriya ərzində Sloveniya, Qazaxıstan, İtaliya, İsrail, Estoniya, İraq, Seneqal, Fil Dişi Sahili və 5 qol vurduğu Moldova ilə duellərdə fərqlənib.
Holand DÇ-2026-nın 1/16 final mərhələsində Fil Dişi Sahili seçməsinə bu gün vurduğu qol (2:1) sayəsində futbol tarixində milli komanda forması ilə 60 top həddinə ən tez (cəmi 53 matçda) çatan oyunçu ünvanını ələ keçirib.
Kamil Xudiyev