
Hazırda davam edən futbol üzrə dünya çempionatının 1/16 final mərhələsində Fransa seçməsinə 0:3 hesabı ilə uduzaraq mübarizəni dayandıran İsveç yığmasının baş məşqçisi Qrem Potter fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, ingilis mütəxəssis matçın ardından təşkil edilən mətbuat konfransında belə danışıb:
"Bu mundialda Fransadan daha güclü komanda görməmişəm. Düzü, bu gün mükəmməl oynasaydıq belə, onları üstələyəcəyimizə əmin deyilildim. Rəqibin bütün mövqelərdə yüksək səviyyəli futbolçuları var. Bizə qarşı oyunda nəyə qadir olduqlarını bir daha ortaya qoydular. Fransa çox keyfiyyətli komandadır və bu oyunda qələbəni tam şəkildə haqq edirdi.
Yenilgiyə rəğmən, turniri başıuca tərk edirik. Gənc komandamız dünya çempionatında böyük təcrübə qazandı, inkişaf yolu keçdi. Qrup mərhələsində çətinliklərin öhdəsindən gəldik və pley-offa yüksəldik. Bu təcrübə gələcəkdə bizə çox faydalı olacaq".
DÇ-2026 tarixdə ilk dəfə 48 komandanın iştirakı ilə keçirilir. ABŞ, Kanada və Meksikada təşkil olunan mundial iyunun 11-də başlayıb. DÇ həyəcanı 19 iyul tarixinə qədər davam edəcək. Son dünya çempionu Argentina millisidir.
Nihat