
İsveçrə yığmasının yarımmüdafiəçisi Yoan Manzambi hazırda davam edən dünya çempionatında rekorda imza atıb.
Fanat.Az "Opta Sport"a istinadən xəbər verir ki, o, Əlcəzairi 2:0 hesabı ilə məğlub etdikləri 1/16 final oyununda məhsuldar ötürmə ilə yadda qalaraq turnirin tarixinə düşüb.
20 yaşlı futbolçu tarixdə bir dünya çempionatında 5 məhsuldar göstərici ilə diqqət çəkən ən gənc oyunçu olub. Onun hesabında artıq 3 qol və 2 məhsuldar ötürmə var.
Qeyd edək ki, DÇ-2026-nın 1/8 finalına vəsiqə qazanan İsveçrə yığması bu Kolumbiya – Qana matçının qalibi ilə qarşılaşacaq.
Toğrul