
DÇ-2026-nın 1/16 final mərhələsində Qana yığmasını 1:0 hesabı ilə məğlub edərək 1/8 finala yüksələn Kolumbiya millisinin baş məşqçisi Nestor Lorenso fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, o, matçın ardından baş tutan mətbuat konfransında belə danışıb:
"Bir neçə qol vəziyyətini boşa versək də, müdafiədəki oyunumuz xoşuma gəldi. Rəqibin təmiz qol imkanları vurğulanmalıdır, amma meydanda çox problemlə üzləşmədiyimiz də faktdır və bunu yüksək qiymətləndirirəm.
Xames Rodrigesi niyə əvəzlədim? Bu zədə ilə bağlı deyildi.
Lorenso 1/8 finaldakı rəqibləri İsveçrə yığması barədə də sualı cavablandırıb:
"Onların yüksək oyun intizamı, eləcə də yarımmüdafiə və hücum xəttində güclü futbolçuları var. Mundialda olduqca inamlı çıxış edirlər. Bizi çox çətin matç gözləyir".
Qeyd edək ki, tarixdə ilk dəfə 48 komandanın iştirakı ilə keçirilən dünya çempionatı iyunun 11-də başlayıb. Turnir 19 iyulda yekunlaşacaq.
Nihat