
Dünya futbolunun hegemonlarından olan Braziliya millisi üçün tarix boyu keçilməz yeganə rəqib hesab olunan Norveç unikal seriyasını qorumağı bacarıb.
Fanat.Az xəbər verir ki, DÇ-2026-nın 1/8 final mərhələsində üz-üzə gələn tərəflərin qarşılaşmasında "sambaçılar"ın kabusu yenidən gerçəkləşib.
Matça isə Erlinq Holand damğa vurub. Dünyanın ən yaxşı hücumçularından biri hesab olunan Holand 79 və 90-cı dəqiqələrdə vurduğu iki qolla turnirin əsas favoritini yarışdan kənarlaşdırıb.
Bu nəticə ilə Norveç futbol tarixində heç vaxt Braziliyaya məğlub olmayan yeganə komanda statusunu daha da möhkəmləndirib. Tarixi qələbə sayəsində Norveç millisi öz tarixində ilk dəfə Dünya Çempionatının 1/4 final mərhələsinə vəsiqə qazanaraq böyük bir sensasiyaya imza atıb.
Kamil Xudiyev