
Hazırda davam edən futbol üzrə dünya çempionatının 1/8 final mərhələsində Meksika yığmasını 3:2 hesabı ilə məğlub edərək 1/4 finala yüksələn İngiltərə seçməsinin baş məşqçisi Tomas Tuxel qələbəni dəyərləndirib.
Fanat.Az xəbər verir ki, almaniyalı mütəxəssis görüşün ardından təşkil edilən mətbuat konfransında belə danışıb:
"Qələbəyə görə qürurluyam. Bu qalibiyyət üçün əlimizdən gələni etməli olduq. Oyun son dərəcə çətin keçdi. Bəzi anlar olurdu ki, təşəbbüsü ələ aldığımızı düşünürdük, amma dərhal çətinliklərlə üzləşirdik. Amma mentalitetimiz doğrudur. Komandamız əsl xarakter nümayiş etdirdi. İşlər çətinləşəndə belə, futbolçular təslim olmadılar və qələbəyə olan inamlarını itirmədilər. İrəli baxmalıyıq".
Toğrul