
Hazırda davam edən futbol üzrə dünya çempionatının 1/8 final mərhələsində İsveçrə və Kolumbiya yığmaları arasında keçirilən matçın ən yaxşı oyunçusu bəlli olub.
Fanat.Az xəbər verir ki, avropalıların heyətində qapıçı Qreqor Kobel fərqləndirilib.
Qolkiper görüş ərzində komandasını bir neçə dəfə real qoldan xilas edib.
Qeyd edək ki, əsas və əlavə vaxtı qolsuz yekunlaşan görüşün qalibini penalti seriyası müəyyənləşdirib. Daha dəqiq olan İsveçrə millisi (4:3) 1/4 finala çıxıb.
Toğrul