
Misir millisinin baş məşqçisi Husam Hasan Misir Futbol Assosiasiyası ilə müqavilə yeniləyib.
Fanat.Az xəbər verir ki, informasiyanı sözügedən assosiasiyanın mətbuat xidməti yayıb.
59 yaşlı mütəxəssis müddəti 2030-cu ilədək nəzərdə tutulan sazişə imza atıb.
Xatırladaq ki, Misir seçməsi DÇ-2026-nın 1/8 finalında Argentinaya 2:3 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.