
DÇ-2026-nın 1/4 final mərhələsində Fransaya 0:2 hesabı ilə uduzaraq mübarizəni dayandıran Mərakeş millisinin baş məşqçisi Məhəmməd Vəhbi yenilgini şərh edib.
Fanat.Az xəbər verir ki, Afrika təmsilçisinin çalışdırıcısı matçın ardından təşkil edilən mətbuat konfransında belə danışıb:
"Çox yaxşı komandaya qarşı oynadıq. İlk yarıda işimiz asan olmadı. Qapıçımız Bunu penaltini əla dəf etdi. İkinci yarıda daha yaxşı müdafiə olunduq və ən əsası soyuqqanlı təsir bağışladıq.
Mbappenin vurduğu qoldan əvvəl top ələ dəymişdi. Həqiqətən əllə oyun var idi. VAR-ın bu epizodu nəzərə alaraq qolu ləğv edəcəyini gözləyirdik, lakin belə olmadı. İnanmağa və işləməyə davam etməliyik".
Toğrul