
İspaniya nəhəngi "Real Madrid"in oyunçuları beynəlxalq arenada görünməmiş uğura imza ataraq tarixə düşüblər.
Fanat.Az xəbər verir ki, klubun futbolçuları möhtəşəm performans göstərərək dünya çempionatları tarixində eyni komandanın oyunçularının vurduğu ən çox qol rekordunu yeniləyiblər
Turnir boyunca rəqib qapılarına ümumilikdə 19 qol vuran Madrid təmsilçisinin ulduzları bu göstərici ilə digər dünya nəhənglərinə şans tanımayaraq vahid liderə çevriliblər. Turnirdə fərqlənən digər klubların statistikası isə aşağıdakı kimidir:
"Real Madrid" — 19 qol
PSJ — 13 qol
"Bayern Münhen" — 12 qol
"Arsenal" — 9 qol
"İnter Mayami" — 8 qol