
DÇ-2026-nın 1/4 final mərhələsində Norveç seçməsini əlavə vaxtda yenərək (2:1) mundialın yarımfinalına yüksələn İngiltərə millisi öz rekordunu təkrarlayıb.
Fanat.Az xəbər verir ki, Qətərdə baş tutan DÇ-2022-də 13 qol vuran britaniyalılar artıq DÇ-2026-da rəqiblərini eyni sayda qolla məyus ediblər.
Bu, İngiltərə yığmasının bir DÇ-də göstərdiyi maksimal məhsuldarlıqdır. "Üç aslan"ın mübarizəni davam etdirdiyini nəzərə alsaq, təkrarlanan rekordun yenilənmə ehtimalı yüksəkdir.
Xatırladaq ki, İngiltərə seçməsi yarımfinalda son dünya çempionu Argentina ilə qarşılaşacaq. Tərəflər finala vəsiqə uğrunda iyunun 15-də mübarizə aparacaqlar.
Nihat