
Futbol üzrə dünya çempionatının yarımfinalında İngiltərə seçməsini 2:1 hesabı ilə üstələyərək adını finala yazdıran Argentina yığmasının superulduzu Lionel Messi mundiallar tarixində özünün müəyyənləşdirdiyi rekordu yeniləyib.
Fanat.Az xəbər verir ki, 39 yaşlı hücumçu buna sözügedən matçda 2 məhsuldar ötürmə etməklə nail olub.
Artıq Leonun hesabında DÇ-lərdə 12 assist var ki, bu da yeni rekorddur. Messi həm də 21 qolla mundiallar tarixinin ən yaxşı bombardiridir.
DÇ-2026-nın finalında Argentina millisi İspaniya ilə üz-üzə gələcəksə, İngiltərə Fransa seçməsi ilə 3-cü yer uğrunda matça çıxacaq.
Qeyd edək ki, ABŞ, Meksika və Kanadada keçirilən DÇ-2026 iyunun 11-də başlayıb. Tarixdə ilk dəfə 48 komandanın iştirakı ilə keçirilən mundialdakı mübarizə iyulun 19-da yekunlaşacaq.
Nihat