
Futbol üzrə dünya çempionatında üçüncü yer uğrunda keçirilən görüşdə Fransa yığmasını 6:4 hesabı ilə məğlub edən İngiltərə seçməsinin baş məşqçisi Tomas Tuxel fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, alman mütəxəssis belə danışıb:
"İlk hissədə parlaq performansla yadda qaldıq, ikinci hissə isə bizim üçün asan alınmadı. Bu matçda yaşananlar dörd oyuna bəs edərdi. Fiziki yüklənmədən qorxurdum. Fransanın bizdən bir gün daha çox vaxtı var idi, daha az səyahət etmişdilər.
Bu komanda xüsusi bir şey yaratdı. Bərabərlik qolunu buraxmadığımız və işi daha iki qolla tamamladığımız üçün bəxtimiz gətirdi".
Toğrul