
Futbol üzrə dünya çempionatında üçüncü yer uğrunda keçirilən görüşdə İngiltərə yığmasına 4:6 hesabı ilə uduzan Fransa seçməsinin baş məşqçisi Didye Deşam yenilgini şərh edib.
Fanat.Az xəbər verir ki, o, matçın ardından baş tutan mətbuat konfransında belə danışıb:
"Birinci hissədə bərbad oynadıq. Amma sonra yaxşı reaksiya verdik. Hesabı bərabərləşdirmək, 4:4 etmək üçün iki şansımız oldu. Təəssüf ki, günah məndədir. Birinci hissədə lazım olanı etmədim".
Qeyd edək ki, Deşam artıq Fransa milli komandasının baş məşqçisi postundan ayrılıb.
Toğrul