
Futbol üzrə dünya çempionatında 3-cü yer uğrunda keçirilən görüşdə İngiltərə yığmasına 4:6 hesabı ilə uduzan Fransa millisinin müdafiəçisi Jül Kunde matçın ardından sualları cavablandırıb.
Fanat.Az "L’Équipe" nəşrinə istinadən xəbər verir ki, arxa xətt oyunçusu belə danışıb:
- Matçı ehtiyat oyunçular skamyasından izləmək necə idi?
- İlk hissə bizim üçün bərbad alındı. Bunun bir neçə səbəbi var idi... İkinci yarıda isə milli formaya layiq performansla diqqət çəkdik. Çox sayda qol epizodu yaratdıq. Ardıcıl ikinci məğlubiyyəti aldığımız, baş məşqçini sevindirə bilmədiyimiz üçün hamımız çox məyusuq.
- Ən çox nəyə üzülürəm?
- Təəssüf ki, finala çıxmağı bacarmadıq. Düzü, düşünürəm ki, üçüncü yer uğrunda oyunu keçirməyə dəyməzdi. Final barədə düşündüyün halda, bu qarşılaşmaya köklənmək çox çətindir.
Toğrul