
2026 FIFA Dünya Çempionatının böyük finalında planetin iki nəhəng futbol ölkəsi - İspaniya və Argentina yığmaları qarşı-qarşıya gəlib.
Fanat.Az xəbər verir ki, Nyu-Cersidəki "MetLife" stadionunda keçirilən və gərginliyi son saniyəyə qədər davam edən tarixi qarşılaşma "qırmızı furiya"nın minimal hesablı qələbəsi ilə başa çatıb.
Matçın əsas vaxtında qapılara qol vurulmayıb (0:0). Görüşün taleyini həll etmək üçün əlavə vaxta ehtiyac duyulub. İspaniya millisinə dünya çempionluğunu qazandıran yeganə qolu 106-cı dəqiqədə Ferran Torres rəqib qapısından keçirib. Lionel Skaloninin rəhbərlik etdiyi Argentina millisi oyunun son dəqiqələrində böyük qüvvə ilə hücuma atılsa da, ispanların müdafiə səddini aça bilməyib.
DÇ-2026
19 iyul
Final
İspaniya - Argentina 1:0
Qol: Ferran Torres, 106.
Baş hakim: Slavko Vinçiç.
Nyu-York/Nyu-Cersi stadionu
Xatırladaq ki, Fransanı 6:4 hesabı ilə məğlub edən İngiltərə seçməsi mundialda üçüncü yeri tutub.