15:46 04.09.2021 3039

Münəccimin proqnozu: İrlandiya - Azərbaycan və Ukrayna - Fransa matçları üçün proqnoz

Bu gün DÇ-2022-nin seçmə mərhələsində növbəti oyunlar keçiriləcək. Azərbaycan milli komandası səfərdə İrlandiya yığması ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 20.00-da başlayacaq.

Bəs bu oyundan nə gözləmək olar? Qarşılaşma ilə bağlı "Münəccim"in proqnozunu təqdim edirik.

İrlandiya

İrlandiya yığması da Azərbaycan millisi kimi seçmə mərhələyə uğursuz başlayıb. FIFA-nın son reytinq cədvəlində 47-ci pilləni tutan komanda Portuqaliya və Serbiyaya səfər, Leksemburqa isə ev matçında yenilib. Stepen Kenninin başçılıq etdiyi kollektiv aktivinə xal yaza bilməyib və yalnız top fərqinə görə millimizi qabaqlayır. Belə ki, irlandlar rəqib qapıçıları 3, komandamız isə 2 top vura bilib.

İrlandiya millisi keçirdiyi son 10 oyunda (yoldaşlıq oyunları daxil) 6 məğlubiyyətə üzülüb, 3 heç-heçə edib. Rəqibimiz yalnız bir görüşdə qələbə qazanıb ki, bu da Andorra ilə yoxlama matçına təsadüf edib - 4:1.

Azərbaycan

Canni de Byazinin başçılıq etdiyi milli komandamız növbəti uğursuz seçmə mərhələ mövsümünü keçirir. Komandamız keçirdiyi oyunlarda Portuqaliya (0:1), Serbiya (1:2) və Lüksumurqa (1:2) yenilib. Rəqib qapılarına 2 dəfə yol tapan komanda top fərqinə görə A qrupunun "zirzəmi"sində qərarlaşıb.

Millimiz keçirdiyi son 10 oyunda (yoldaşlıq oyunları daxil) 6 dəfə yenilib, 3 heç-heçə edib. Yeganə qələbə fevral ayında Belarus üzərində (yoxlama oyunu) qazanılıb - 2:1.

Proqnoz

Azərbaycan millisinin real durumu komandamızın səfərdə qələbə qazanmasını proqnozlaşdırmağa ümid vermir. Lüksemburqla matç göstərdi ki, hətta Avropanın zəif komandaları ilə belə başa-baş mübarizə apara bilmirik. 

Bu oyun üçün ilk proqnoz hər iki komandanın qol vurması (qol-qol) olacaq. Xarici kantorlar bu varianta 2,55 əmsal təklif edir.

Görüş üçün alternativ proqnoz isə meydan sahiblərinin qələbəsidir. Bu variant üçün təklif olunan əmsal 1,57-dir.

Günün ən maraqlı qarşılaşmalarından biri Ukrayna və Fransa arasında keçiriləcək. Kiyev Olimpiya Stadionunda baş tutacaq matç Bakı vaxtı ilə saat 22.45-də start götürəcək.

Ukrayna

FIFA-nın son reytinq cədvəlində 25-ci olan Ukrayna millisi hazırda qrupda ikinci pilləni tutsa da, seçmə mərhələni yüksək səviyyədə keçirdiyini demək olmaz. Belə ki, ukraynalılar keçirdikləri 4 oyunun hamısında heç-heçəyə (Fransa və Finlandiya ilə 1 oyun, Qazaxıstanla 2 oyun) razılaşıb. İkinci yer uğrunda rəqiblərə gəlincə, Finlandiya 2, Bosniya və Hersoqovina ilə Qazaxıstan 3 oyun keçirib. 

Keçirdiyi son 10 oyunda 4 qələbə qazanan Ukrayna millisi 3 heç-heçə edib və 3 dəfə məğlub olub. Komanda son qələbəsini AVRO-2020-nin 1/8 finalında İsveç üzərində qazanıb - 2:1 (əlavə vaxtda)

Fransa

Avropa çempionatının 1/8 final mərhələsində mübarizəni dayandıran Fransa isə seçmə mərhələni daha uğurlu keçirir. Son dünya çempionları Ukrayna və Bosniya və Hersoqovina ilə heç-heçə edib, bosniyalılarla digər matçda və Qazaxıstanla görüşdə qələbə qazanıb. Aktivində 8 xal olan fransızlar turnir cədvəlinə başçılıq edir. 

Dünya reytinqində 3-cü olan Fransa millisi keçirdiyi son 10 oyunda 5 qələbə qazanıb, 4 heç-heçə edib və 1 görüşdə uduzub. Həmin məğluiyyət isə AVRO-2020-nin 1/8 finalına təsadüf edib. 

Ukrayna və Fransa milliləri arasındakı son 5 matçın 3-də fransızlar, birində ukraynalılar qələbə qazanıb, bir görüş "sülh"lə bitib. Fransızların 13 qoluna ukraynalılar 4 dəfə cavab verib. Fransa ötən ilin 10 oktyabrında bu komanda ilə keçirdiyi oyunda 7:1 hesablı qələbə qazanıb.

Proqnoz

Fransa millisi səfərdə oynasa da, matçın favoriti hesab olunur. Görüşdə ilk proqnoz qonaq komandanın qələbəsi ola bilər. Bu proqnoza xarici kantorlar 1,62 əmsal təklif edir.

Alvertantiv proqnoz olaraq, qarşılaşmanın "üst" variantına pul qoyuluşu etmək olar. Kantorlar bu variantı 2,20 əmsalı ilə dəyərləndirir.

Qeyd edək ki, verilən proqnozlar müəllifin təxminidir. Nəticələr fərqli ola bilər.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

01 İyul 2025
11:51

"Zirə"nin rəqibi Bolqarıstan təmsilçisini məğlub etdi

11:33

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:15

"Qarabağ"ın daha bir rəqibi bilindi

10:57

"İnter Mayami"dən Messi ilə bağlı vacib açıqlama - SON DURUM

10:38

Azərbaycan millisi Belarusla qarşılaşır

10:20

Klublararası dünya çempionatında son 1/4 finalçılar müəyyənləşir

10:01

"Beş-altı qol vura bilərdik" - Bernardu Silva "Əl-Hilal"a məğlubiyyətin səbəblərini dedi

09:42

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:23

David Ançelotti atasının "Real"da gənclərə güvənməməsindən danışdı - "Onlara böyük pullar yatırılıb"

09:00

"Mançester Siti" "Əl-Hilal"la bacarmadı

01:05

Klublararası dünya çempionatı: "İnter"i İtaliyaya erkən göndərdilər

30 İyun 2025
23:50

Azərbaycanın 3 güləşçisi finala yüksəldi

23:15

Arda Turan "Fənərbağça"nın 2 futbolçusunu "Şaxtyor"a aparır - SON DURUM

22:41

"Biz bu mövsüm PSJ-ni artıq bir dəfə yenmişiksə..." - Leon Qoretska

22:02

Premyer Liqa klubu 5 futbolçu ilə yollarını ayırdı - ADLAR

21:40

Rəşad Sadıqov "Qarabağ"la oyundan nə danışdı?

21:14

"Futbolçuların hazırlıq səviyyəsi tam qaydasında deyil" - Qurban Qurbanov

20:55

"Milan" millinin üzvü ilə vidalaşdı

20:07

"Qarabağ" "Zirə"yə böyük hesabla qalib gəldi

19:49

Azərbaycan idmançısı Xorvatiyada medal qazandı

19:20

"Portu"nu italiyalı məşqçi çalışdıracaq

18:51

"Qocalıram, 23 yaşımın olduğuna inana bilmirəm" - Qvardiol

18:15

"Sabah"ın rəqibi yeni transfer reallaşdırdı

17:45

"Buna görə də ikinci yarıda daha cəsarətliydik" - Jordi Alba

17:28

Azərbaycan millisinin hücumçusu Polşa klubundan ayrıldı

17:09

Poqba "Monako"nu seçməsinin səbəbini belə izah etdi

16:51

UEFA iki klubu avrokuboklardan kənarlaşdırdı

16:33

Aspilikueta "Atletiko Madrid"i tərk etdi - RƏSMİ

16:15

"İnter"in daha bir ulduzu sıradan çıxdı - AÇIQLAMA

15:41

"İndi bütün diqqətimiz PSJ ilə oyuna yönəlib"

15:22

Maskerano PSJ-yə darmadağını şərh etdi - "Fərq nəzərə çarpırdı"

15:03

Azərbaycan millisinin Türkiyə toplanışı başa çatdı

14:45

"Sabah" legioneri ilə vidalaşdı

14:26

Azərbaycanlı hakim dünya çempionatına təyinat aldı

14:07

Amerikalı qadın Fransa klubunun prezidenti oldu

13:48

Dünya Kuboku: Azərbaycan gimnastlarından iki medal

13:29

İspaniya millisinin üzvü İtaliya yolunda - Danışıqlar başladı

13:10

"Neftçi" yeni sponsorluq müqaviləsi bağladı

12:52

"Bu, fəlakət olacaq, tükənəcəyik, klublararası dünya çempionatı bizi məhv edəcək" - Qvardiola

11:58

Gəncə komandası braziliyalı baş məşqçi ilə anlaşdı

Facebookdan bizi izləməyi unutmayın.
X