DÇ-2022-nin seçmə mərhələsinin V turunda səfərdə Cəbəllütariqlə qarşılaşan Türkiyə millisi ikinci hissədə vurduğu 3 qolla 3:0 hesablı qələbə qazandı.
Fanat.Az xəbər verir ki, bundan öncəki Monteneqro matçında qələbəni son anda əldən verən, Cəbəllütariqlə görüşün ilk yarısında bərbad oyun sərgiləyən millinin qələbəsi azarkeşlərin ürəyincə olmayıb.
Fanatlar sosial mediada yığmanı sərt şəkildə tənqid edib, sərgilənən oyundan razı qalmayıblar. Hətta indiyədək "Bizim Çocuklar" (Bizim uşuqlar) adlandırılan yığmanın əleyhinə "Bizim Balonlar" həştəqi ilə çox sayda paylaşım edilib.
Millinin baş məşqçisi Şenol Güneş də sərt şəkildə tənqid olunub.