17:28 07.09.2021 946

Azərbaycan - Portuqaliya: Bilirsinizmi?

Tanınmış idman jurnalisti Rasim Mövsümzadə bu gün keçiriləcək Azərbaycan - Portuqaliya seçmə oyunu ilə bağlı maraqlı məlumatlar paylaşıb.

Fanat.Az onun "Facebook" səhifəsində paylaşdığı məlumatları təqdim edir:

Bilirsinizmi?

Azərbaycan futbolunun fəxri Anatoli Banişevski SSRİ yığmasının heyətində 1966-cı ilin dünya çempionatında 3-cü yer uğrunda görüşdə Portuqaliya millisinə qarşı çıxış edib. “Neftçi”nin hücumçusu sovet komandasının oyunda (1:2) yeganə qoluna imza atsa da, qolun müəllifi kimi rəsmi protokolda və mətbuatda digər futbolçuların adı yazılıb. Müəllifi olduğum “Bir qolun tarixçəsi” kitabı Banişevskinin vurduğu həmin qoldan bəhs edir.
***
Azərbaycan millisinin formasını geyinmiş futbolçulardan Vəli Qasımov Portuqaliyanın “Vitória Setúbal” (1997–1999) və “Imortal” (1999–2001), Kamran Ağayev və Emin Mahmudov “Boavista” (2016–2017), Renat Dadaşov isə “Estoril” (2018–2019) və “Paços de Ferreira” (2019) klublarında çıxış edib və hazırda “Tondela”nın oyunçusudur.
***
Portuqaliya millisinin rekordlarına baxsaq, komandanın 2014-2016-cı illərdəki nəticələri diqqət çəkir. Belə ki, Cristiano Ronaldo və oyundaşları iki il ərzində ardıcıl 21 oyunda heç-heçə etməyiblər (14 qələbə və 7 məğlubiyyət).
***
İlk oyununu keçirdiyi 1921-ci ildən indiyədək Portuqaliya millisinə yalnız iki əcnəbi məşqçi başçılıq edib. Braziliyalı Otto Qlória 1964–1966 və 1982–1983-cü illərdə, onun həmyerlisi Luiz Felipe Skolari isə 2003–2008-ci illərdə bu komandanı çalışdırıb.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

26 Aprel 2025
01:12

Liqa 1: PSJ Parisdə uduzdu

00:48

Almaniya Bundesliqası: "Ştutqart" sonda üzüldü

00:36

Türkiyə Super Liqası: İmmobile coşdu, "Beşiktaş" İstanbulda şou göstərdi

25 Aprel 2025
23:39

"Borussiya" millinin qolkiperini ingilislərə satmaq üzrədir - Agenti Londona yollanır

23:17

Konte bu futbolçulardan birini "Napoli"yə gətirəcək - ADLAR

22:42

Azərbaycanın daha bir cüdoçusu AÇ-də medal əldə etdi

22:13

Azərbaycanın stolüstü tennisçisi Sarayevoda medal qazandı

22:01

"Traktor" dramatik qələbə ilə çempionluğa yaxınlaşdı

21:40

"Kurban Berdiyevə sona qədər kömək edəcəyəm" - Yunis Hüseynov

21:22

"İkinci hissəyə baxsaq, iki xal itirdiyimizi düşünürəm" - Ayxan Abbasov

20:53

MPL: "Turan Tovuz" "Şamaxı" ilə oyunda xal itirdi

20:19

"Trent uzaq yerin halvasının şirin olduğunu düşünür, amma..."

19:58

I Liqa: "Qəbələ" çempion, "Karvan"la "İmişli" Premyer Liqada!

19:15

"Sabah" "Qarabağ"la oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

18:52

De Bröyne klublararası dünya çempionatında "Mançester Siti"yə kömək etmək istəmir

18:20

İngiltərənin 4 nəhəngi fransalı vunderkində elçi düşdü

17:59

AÇ: Daha iki Azərbaycan cüdoçusu medal qazana bilər

17:41

Mendi sıraya döndü - Ançelotti onu "Barsa"ya qarşı oynadacaq

17:23

MOK-da Qlobal Kiberidman Federasiyasının rəhbərləri ilə görüş keçirildi

16:51

Azərbaycan Kuboku: Finalın nominal meydan sahibi açıqlandı

16:47

Yüksək Liqa: Kişi voleybolçuların mübarizəsində çempion müəyyənləşdi

16:28

“Prezident Kuboku-2025”in bağlanış mərasimində tamaşaçıları sürprizlər dolu axşam gözləyir

16:10

Pepe İspaniya Kubokunun finalına proqnoz verdi

15:52

Azərbaycanda ilk dəfə daun sindromlu uşaqların iştirakı ilə idman oyunları keçirildi - FOTO

15:34

Sesk Fabreqas İngiltərə yolunda - Bu mütəxəssisin yerini tutmağa real namizəddir

15:16

MPL: 34-cü turun proqramı bilindi

14:58

"Zirə" ilə oyundan öncə "Kəpəz"də üzlər gülür

14:40

Azərbaycan parataekvondoçusu Çində medal qazandı

14:22

İmadəddin Xəlilov Çində finala yüksəldi

14:05

"Sabah" - "Neftçi" matçının cəzaları bəlli oldu

13:47

Baş məşqçiyə daha 5 oyunluq cəza verildi

13:29

Rəşad Sadıqov "Kəpəz"lə oyunda 4 futbolçusunun xidmətindən məhrumdur

13:11

"Turan Tovuz" turun açılış matçına neçə itki ilə çıxacaq? - AÇIQLAMA

12:53

"Mançester Yunayted" La Liqa təmsilçisinin qapıçısını alır

12:35

Ançelotti transfer siyahısını "Real" rəhbərliyinə təqdim etdi - ADLAR

12:18

“Prezident Kuboku-2025” beynəlxalq reqatasına Suqovuşanda start veriləcək

12:00

Azərbaycan futboluna kirvə lazım deyil

11:42

İspaniya millisinin üzvü London nəhənginə keçir - Danışıqlar başladı

11:23

Hazarın MY-yə keçidinə görə rüşvət istəyən agent barədə araşdırma başladı

11:04

AÇ: Bu gün daha beş cüdoçumuz mübarizəyə başlayır

Facebookdan bizi izləməyi unutmayın.
X