PSJ-nin hücumçusu Lionel Messini Argentina millisinin DÇ-2022-nin seçmə mərhələsi oyunlarını buraxmaq niyyətində deyil. Ancaq Paris klubu buna mane ola bilər.
Fanat.Az "Le Parisien" nəşrinə istinadən xəbər verir ki, klubun idman direktoru Leonardo ulduz futbolçunu yığmaya göndərmək fikrində olmadıqlarını bildirib:
“Bizim fikrimizcə, fiziki cəhətdən zəif olan və ya bərpa mərhələsində olan futbolçuları milliyə göndərmək məcburiyyətində deyilik. Bu, məntiqsizdir və belə hallar FİFA tərəfindən hüquqi baxımdan tənzimlənməlidir".
Xatırladaq ki, Argentina millisi DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində növbəti oyununu noyabr ayının 13-ü səfərdə Uruqvay seçməsinə qarşı keçirəcək.
Emin