PSJ-nin idman direktoru Leonardo cəzalandırıla bilər.
Fanat.Az "Marca"ya istinadən xəbər verir ki, buna səbəb onun ötən gecə Çempionlar Liqasının 1/8 final mərhələsində "Real"la görüşdəki (1:0) davranışıdır.
Leonardo matçı idarə edən baş hakim Daniele Orsatoya yaxınlaşaraq yarımmüdafiəçi Marko Verrattinin 40-cı dəqiqədə aldığı sarı vərəqədən narazılığını və xəbərdarlığın yersiz olduğunu bildirib. PSJ-nin idman direktorunun bu davranışı "Real" nümayəndələrinin xoşuna gəlməyib. Klublar arasında gərginlik olduğu üçün bu epizoda diqqət yetirilib.
Bir neçə gündən sonra Orsatonun bu epizodu matçın protokoluna daxil edib-etmədiyi məlum olacaq. Bu baş verərsə, nizam-intizam komitəsi vəziyyəti nəzərdən keçirəcək və Leonardonu cəzalandırmaq qərarına gələcək.