13:17 24.02.2022 1689

UEFA seçim qarşısında: SOCAR, yoxsa "Qazprom"?

AFFA-nın mətbuat xidməti dünən qurumun baş katibi və icraçı vitse-prezidenti Elxan Məmmədovun FİFA prezidenti Canni İnfantino ilə görüşməsi barədə xəbər yayıb. 

Fanat.Az xəbər verir ki, görüşün məqsədi barədə açıqlamada VAR-ın Azərbaycan çempionatında tətbiqi ilə bağlı İnfantinonun məlumatlandırılması qeyd olunub.

Ancaq əsas məqsəd bu olmaya bilər. Mümkündür ki, FİFA Rusiya və Ukrayna ətrafında yaranan gərginlik fonunda şimal qonşumuza tətbiq olunacaq sanksiyanın bumeranq təsirindən yayınmaq üçün maliyyə mənbəyi axtarır. Məsələ burasındadır ki, "Telegraph" və "Times" kimi nüfuzlu nəşrlər FİFA-yla UEFA-nın çətin seçim qarşısında olması ilə bağlı dərc etdikləri yazıda bu mövzuya toxunublar. Düzdür, bu mənada əsas vurğu "Qazprom"un sponsorluğu sayəsində büdcəsinə 40 milyon avro məbləğində böyük gəlir cəlb edən UEFA-ya yönəlib. Amma Canni İnfantino da qayğılıdır:    

"UEFA çətin qərarlar qarşısındadır! Bir tərəfdən Avropa İttifaqı, digər tərəfdən isə “Qazprom”un böyük sponsorluğu.

Beynəlxalq diplomatiyanın səmərəsiz səylərindən sonra futbolun hadisələrdən öndə olmasının vaxtı çatıb. Çempionlar Liqasının finalının Sankt-Peterburqda keçirilməsi çox çətin olacaq. Rusiyanın nəhəng enerji şirkətinin sponsorluğu ilə finalı “Qazprom Arena”da keçirmək mümkün olmayacaq.

Axı "Qazprom" təkcə Çempionlar Liqasının sponsoru deyil, çünki o, UEFA ilə 2024-cü ilə qədər bütün milli yarışlar üçün sponsorluq müqaviləsi də imzalayıb! Keçən ilin may ayında Rusiya şirkəti AÇ-2024 və 2023-cü ildə keçiriləcək Millətlər Liqası üçün UEFA ilə əməkdaşlığı genişləndirmək barədə razılığa gəlib!

"Qazprom" on ildir Çempionlar Liqasının əsas sponsordur və hazırkı müqavilə UEFA kassasını hər mövsüm üçün 40 milyon avro ilə doldurur! 

Aİ-nin 27 üzvü Rusiyaya qarşı “sanksiyalar paketi”ni yekdilliklə təsdiqləyib. İstər-istəməz UEFA da eyni yolla getməli olacaq.

Axı Avropa Birliyi UEFA-nın Avropa Super Liqasına qarşı mübarizəsində ən vacib müttəfiqlərdən biri idi. Aİ Florentino Peres və digər güclü aktyorların istəklərinə qarşı çıxıb. Beləliklə, Aİ UEFA-nı dəstəkləyirsə, qarşı tərəfdən də bunu gözləyəcək.

FİFA-ya gəlincə, Canni İnfantinonun başçılıq etdiyi təşkilatını hazırda Rusiyaya martın 24-də Moskvada Polşaya qarşı oyunu keçirməyə icazə verib-verməməsi daha çox düşündürür. Dünya futbol qurumu Avropa siyasətinə və Avropa İttifaqının qərarlarına görə daha az məsuliyyət daşısa da, Canni İnfantinonu da oxşar təzyiqlər gözləyə bilər. Ən azından ona görə ki, onun Vladimir Putinlə münasibətləri əladır. Bir sözlə, tanklar işə düşüb, diplomatiya dağılır, Avropa Birliyi əks-hücumlara keçməyə çalışır və UEFA, FİFA sərt qərarlar qəbul etməyə məcburdur".

Mirağa

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

08 İyul 2025
00:14

ACF daha 24 klub və idman təşkilatına 5 illik lisenziya təqdim etdi

07 İyul 2025
23:52

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

23:18

"Neftçi"nin sabiq prezidenri ÇL-ə təyinat aldı

22:46

"Qarabağ"ın yeniyetmələri "Marcet"li həmyaşıdlarını "kötəklədilər"

22:15

"Sabah" üçün asan olmayacaq" - Arif Əsədov

21:59

"Qarabağ" Avstriyada 4 qol vurub uduzdu

21:16

AFFA prezidenti pakistanlı həmkarı ilə görüşdü

20:39

"Sabah" Avropa Liqası üçün 25 oyunçu sifariş etdi - SİYAHI

20:03

"Zirə"də yeni müqavilə - RƏSMİ

19:50

Premyer Liqa klubu hücumçusu ilə vidalaşdı

19:38

Rakitiç "Zirə"nin rəqibini tərk etməyəcək - RƏSMİ

19:11

"Şamaxı"dan ayrılan Məsimov və daha 3 futbolçu bu kluba keçir

18:57

MPL: 2025/2026 mövsümün püşkatma mərasiminin vaxtı bilindi

18:16

"Araz-Naxçıvan"ın Türkiyə toplanışındakı rəqibləri açıqlandı

17:47

"Karvan" qapıçısı ilə bağlı yekun qərarını verdi

17:28

Araz Abdullayev Premyer Liqa klubuna keçdi

17:10

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlıları ilə üz-üzə gələcək

16:53

"Baş verən hadisə mənə çox pis təsir edib" - Canluici Donnarumma

16:34

"Milan" Ernandesi ərəblərə satır - Transfer yekunlaşmaq üzrədir

16:17

"İmişli" növbəti transferini reallaşdırdı

15:59

Rakitiç "Zirə"yə qarşı oynamayacaq - Özü açıqladı

15:41

Saşa İliç "Sumqayıt"ı bu gün məşqə çıxaracaq, sabah isə... - AÇIQLAMA

15:23

"Turan Tovuz"un futbolçusu bu kluba keçir - Türkiyəyə aparılmadı

15:10

"Sabah"ın rəqibi Bakıya bu tarixdə gələcək, bu məkanda məskunlaşacaq

14:52

Dyökereşin bir ayağı İngiltərə nəhəngində - SON DURUM

14:34

"Karvan"dan ayrılan futbolçu 1-ci Liqa klubuna keçdi

14:16

"Sumqayıt" yeni baş məşqçisinin adını açıqladı - RƏSMİ

13:58

"Məşqçi işi göz qabağındadır" - Vüqar Nadirov "Sabah" - "Sele" mübarizəsindən nə gözləyir?

13:39

Sadiq Məmmədzadə Serbiya klubunun düşərgəsinə nə vaxt yollanacaq? - Özü açıqladı

13:09

Gülağa Əsədov "Mingəçevir"dən ayrıldı - Yeni klubu bəllidir

12:51

Messi "İnter Mayami"ni bu kluba dəyişir - SON DURUM

12:33

Avarçəkənimiz Avropa üçüncüsü oldu

12:15

Asim Xudiyev Konfrans Liqasına təyinat aldı

11:56

Balotelli bu iki klubdan birində oynayacaq - SON DURUM

11:37

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:18

"Mançester Yunayted" kolumbiyalı yarımmüdafiəçiyə elçi düşdü

10:59

"Qarabağ" Avstriyada ilk oyununa çıxır

10:40

Ançelotti "Qızıl top"a layiq olan, amma onu qazanmayan futbolçunun adını açıqladı

10:03

Azərbaycan və Özbəkistan dünya çempionatına birgə ev sahibliyi üçün namizədliklərini irəli sürdülər - RƏSMİ

09:46

KONKAKAF kubokunun qalibi bilindi

Facebookdan bizi izləməyi unutmayın.
X