Kamerun millisinin baş məşqçisi dəyişib.
Fanat.Az xəbər verir ki, sözügedən ölkənin 89 yaşlı prezidenti Pol Biya yaşıl meydanlarda Kamerunun ən məşhur təmsilçilərindən olan Riqober Sonqu milliyə baş məşqçisi təyin edib.
Bunadək olimpiya yğmasını çalışdıran Sonq portuqaliyalı Toni Konseysaunu əvəzləyib.
DÇ-2022-nin final mərhələsi uğrunda mübarizə aparan Kamerun martın 25 və 29-da Əlcəzairlə iki vacib pley-off matçına çıxacaq.