Rusiyanın ölkəni işğal etməsi səbəbindən Ukrayna FİFA-dan 2022-ci il Dünya Çempionatının pley-off mərhələsinin yarımfinalında Şotlandiyaya qarşı keçirəcəkləri oyunu təxirə salmağı xahiş edib.
Fanat.Az BBC-yə istinadən xəbər verir ki, Ukrayna Federasiyası FİFA-ya görüşün təxirə salınması üçün müraciət edib.
Beləliklə, martın 24-nə planlaşdırılan Şotlandiya - Ukrayna oyunu başqa tarixdə baş tuta bilər.
Dünya qurumu Şotlandiya Federasiyası və UEFA ilə mümkün həll yollarını öyrənməyə çalışır. Cütün qalibi martın 29-da Uels və ya Avstriya ilə görüşməlidir. Dünya çempionatının final mərhələsinin püşkatma mərasimi aprelin 1-nə təyin edilib.
Mirağa