Futbol üzrə Peru millisinin müdafiəçisi Aleksander Kalyens formasını geyindiyi yığmanın DÇ-2022-nin seçmə mərhələsində Uruqvaya uduzmasının (0:1) ədalətsiz olduğunu açıqlayıb.
Fanat.Az xəbər verir ki, "Reuters" onun söylədiklərini belə çatdırıb:
"Hakimdən xahiş etdim ki, VAR-a baxsın, səhvini düzəltsin. Amma o, artıq qərar verdiyi dedi. Biz təmiz qolumuzun qeydə alınmadığını, həmin epizodda topun qapı xəttini keçdiyini bilirdik. Buna şübhəmiz belə, yox idi".
Qeyd edək ki, oyunun 90+2-ci dəqiqəsində Uruqvayın qapıçısı topu tutaraq qapı xəttini keçib. Futbolçular hakimə vəziyyəti izah etməyə çalışsalar da, referi qolu qeydə almayıb və nəticədə Peru məğlub olub. Bu zəfər sayəsində Uruqvay Qətərdə keçiriləcək mundiala vəsiqəni təmin edib.
Nihat