Bu gün Şotlandiya və Ukrayna milli komandaları arasında DÇ-2022-nin pley-off mərhələsinin təxirə salınmış yarımfinal oyunu keçirilib.
Fanat.Az xəbər verir ki, Qlazqo şəhərindəki “Hempden Park” stadionunda baş tutan matçı niderlandlı FİFA referisi Denni Makkelli idarə edib.
Qarşılaşma Ukraynanın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Beləliklə, Qlazqoda zəfərə sevinən qonaqlar pley-off mərhələsinin finalında Uelslə qarşılaşmaq hüququ qazanıb. İyunun 5-də Kardiffdə baş tutacaq matç DÇ-2022-yə sonuncu vəsiqənin sahibini müəyyənləşdirəcək.
Qeyd edək ki, UEFA Ukraynadakı müharibə səbəbindən yarımfinal və final görüşlərinin vaxtını dəyişmişdi.
DÇ-2022-nin final mərhələsi noyabrın 21-dən dekabrın 18-dək Qətərdə təşkil olunacaq.
DÇ-2022
Pley-off mərhələsi, yarımfinal
1 iyun
Şotlandiya - Ukrayna 1:3
Qollar: Makqreqor, 79 - Yarmolenko, 33. Yaremçuk, 49. Dovbik, 90+5.
Baş hakim: Denni Makkelli (Niderland).
Qlazqo, "Hempden Park" stadionu.