Şotlandiya millisinin müdafiəçisi Endryu Robertson DÇ-2022-nin pley-off mərhələsinin yarımfinal oyunundan - Ukrayna ilə görüşdən (1:3) sonra açıqlama verib.
Fanat.Az-ın məlumatına görə, arxa xətt oyunçusu UEFA-nın rəsmi saytına danışıb:
"Böyük məyusluqdur. Biz bu matçı uzun müddət gözləsək də, öz oyunumuzu sərgiləyə bilmədik. Ukraynalılar matçın ritmini daha tez tutdular və bizdən yaxşı oynadılar...
Bilirdik ki, matçın sonlarına doğru yorulacaqlar. Vəziyyəti dəyişməyə çalışdıq. Amma bu, çox ağır mübarizə idi. Ən pisi budur ki, biz planlaşdırdığımız kimi oynaya, özümüz öz etimadımızı doğrulda bilmədik. İndi yalnız azarkeşlərimizdən üzr istəməliyik".
Qeyd edək ki, Ukrayna Qlazqoda Şotlandiyanı üstələyərək pley-off mərhələsinin finalında Uelslə qarşılaşmaq hüququ qazanıb.
Nihat