Ukrayna millisinin hücumçusu Andrey Yarmolenko DÇ-2022-nin seçmə mərhələsinin final oyununda Uelsə məğlub olduqdan sonra göz yaşlarını saxlaya bilməyib.
Fanat.Az xəbər verir ki, komandasının 0:1 hesabı ilə yenildiyi görüşün 35-ci dəqiqəsində avtoqol vuran (Qaret Beyl cərimə zərbəsini yerinə yetirərkən top Andreyin başına dəyib və qapıdan keçib) forvardın vəziyyətlə barışa bilmədiyi sezilib.
Xatırladaq ki, Uels Avropa zonasından mundiala qatılan son komanda olub. Dünya çempionatı 21 noyabr - 18 dekabr aralığında Qətərdə keçiriləcək.
Nihat