Kamerun millisinin qapıçısı Andre Onana Qətərdə keçirilən dünya çempionatında yeni rekorda imza atıb.
Fanat.Az "Opta Analyst"ə istinadən xəbər verir ki, İtaliyanın "İnter" klubunda çıxış edən 26 yaşlı qolkiper buna İsveçrəyə qarşı I tur oyununda (0:1) nail olub.
Onana cərimə meydançasından kənarda 26 dəfə topa toxunub. Bu, DÇ tarixində yeni rekorddur. Andre oyun ərzində ümumilikdə 61 dəfə topa toxunub.