ABŞ-ın "Los-Anceles" klubunun 33 yaşlı hücumçusu Qaret Beyl Uels millisinin tarixinə düşüb.
Fanat.Az xəbər verir ki, Beyl buna Qətərdə təşkil olunan dünya çempionatında İrana qarşı II tur oyununda meydana çıxmaqla nail olub.
Beyl "əjdahalar"ın sıralarında 110-cu matçında iştirak edir. O, komanda yoldaşı Kris Qanteri (109) geridə qoyub.
Qeyd edək ki, Kris Qanter Qətərə aparılsa da, hələ forma şansı qazanmayıb.