"Yaşlandıqca daha da emosional oluram. Himninin oxuyan zaman fərqli duyğular yaşadım. Niyə belə olduğunu söyləmək çətindir. Qol vurandan sonra özümdə deyildim. Xüsusi hisslər fonunda uşaqlıq arzum reallaşdı".
Fanat.Az xəbər verir ki, bunu Polşa millisinin hücumçusu Robert Levandovski DÇ-2022-nin qrup mərhələsinin 2-ci turunda Səudiyyə Ərəbistanına 2:0 hesabı ilə qalib gəldikləri matçdan sonra deyib.
Sözügedən görüşdə fərqlənən 34 yaşlı hücumçu karyerası ərzində mundialda ilk qolunu vurub. O, həmin an göz yaşlarını saxlaya bilməyib.
Levandovski Polşa millisinə fayda verməyin hər şeydən önəmli olduğunu da bildirib: "Əlbəttə, millinin uğurları üçün çalışmaq daha vacibdir. Amma fərdi hədəflərim də var. Başa düşürəm ki, bu mənim son dünya çempionatım ola bilər. Bu qol mənim arzum idi”.