Fransa yığmasının baş məşqçisi Didye Deşam ulduz forvard Kilian Mbappenin keyfiyyətlərindən danışıb.
Fanat.Az xəbər verir ki, "Sky Sportx" təcrübəli mütəxəssisin dediklərini belə çatdırıb:
“Kilian haqqında nə deyə bilərəm? Mən bunu dəfələrlə demişəm. O, qərarlıdır və meydanda hər şeyi fərqli edir. O, müstəsna komandanın müstəsna oyunçusudur.
Liderliyin iki növü var - fiziki və əqli. Bu cəhətdən seçilən Kilian liderdir. O, danışmır, çox danışan deyil. Amma o, meydanda lokomotiv kimidir. Bütün komandanı və publikanı hərəkətə gətirir.
O, lap əvvəldən bilir ki, Fransa komandasının ona ehtiyacı var və o, zirvədə olmalıdır”.
Qeyd edək ki, Fransa yığması DÇ-2022-nin qrup mərhələsinin 2-ci turunda 23 yaşlı hücumçunun dublu sayəsində Danimarkaya qalib gəlib (2:1).
Mirağa