FIFA Almaniya Futbol Federasiyasına qarşı intizam işi açıb.
Fanat.Az xəbər verir ki, bu barədə "AP News" məlumat yayıb.
Xəbərə görə, buna səbəb Almaniya millisinin futbolçularının oyundan 1 gün əvvəl keçirilən mətbuat konfransında iştirak etməməsidir.
Qeyd edək ki, E qrupunda mübarizə aparan Almaniya yığması I turda Yaponiyaya 1:2 hesabı ilə uduzub, II turda isə İspaniya ilə heç-heçə edib - 1:1.
Röya