Sabah Türkiyə Super Liqasında dünyanın ən maraqlı derbilərindən biri - "Qalatasaray" - "Fənərbaxça" derbisi baş tutacaq. Fanat.az xəbər verir ki, "Xəzər Lənkəran"ın baş məşqçisi Mustafa Dənizli "Milliyət"ə müsahibəsində derbini dəyərləndirib. Müsahibəni ixtisarlarla təqdim edirik.
- Müsahibəyə klassik "derbini kim qazanar" sualı ilə başlayaq.
- Burda qazanmaq ehtimalından derbinin atmosferi çox önəmlidi. Çünki nəticə çempionluq yarışına böyük təsir etməyəcək. Yəni bu derbi xüsusən "Qalatasaray" üçün çox böyük önəm daşçyır. "Qalatasaray" matçı qazanmaq üçün 90 dəqiqə tribunaları ilə birlikdə oynamalıdı. Bu üstünlüyü əldə edə bilməsələr, çətin olacaq. "Qalatasaray" azarkeşləri ilə birləşən zamanda bütün rəqiblərdən üstün olmağı bacarır. Amma son həftələrdə bu birləşməni edə bilmədikləri üçün istənilən nəticəni qazana bilməyiblər.
- Derbinin taleyini hansı futbolçular müəyyənləşdirəcək, kimlər ön plana çıxacaq?
- Hər derbi yeni bir ulduz yarada bilər. "Qalatasaray"da Sneyder, Burak Yılmaz və Melodan nəsə gözləyirəm. "Fənərbaxça"dan isə Gökhan Gönül, Sov və Emenikenin ön plana çıxmasını gözləyirəm.
- Bəs matçı idarə edəcək Bülənt Yıldırımdan nə gözləyirsiniz?
- Bülənt Yıldırım çox yaxşı qrafik cızır və derbi üçün yaxşı seçimdi. Çox sıxıntılı matç idarə edəcəyini düşünmürəm. Çünki ortada baş-başa yarış yoxdu. Bu faktor Bülənt Yıldırımın işini asanlaşdıracaq.
- Droqba və Emenike... Bu ikilidən hansı nəticəni müəyyənləşdirər?
- Oyunun taleyini həll edə biləcək futbolçular arasında Emenikenin adını çəkmişdim. Droqba son həftələrdəki uğursuzluqlarına son qoyarmı, bunu bilmirəm. Derbidə performansı necə olacaq, bunu zaman göstərəcək. Arzulanan oyunu sərgiləsə, "Qalatasaray" azarkeşi narazılığını unuda bilər.
- Mançini, yoxsa Yanal daha üstündü?
- Mançini düşdüyü vəziyyət və psixoloji cəhətdən daha çətin durumdadı. Bu da avtomotik olaraq yanalı üstün duruma gətirir. Mançinin tribunaların dəstəyini yanına ala bilsə, üstünlük əldə edər.
- Müdafiə, yarımmüdafiə və hücum xəttlərini ayrı-ayrı dəyərləndirsək, hansı komanda hansı bölgədə üstün görünər?
- Bu bölgələr ayrı-ayrı dəyərləndirilə bilməz. Çünki futbol komanda oyunudu. Bu üstünlüyü "Fənərbaxça" Super Liqa matçlarında "Qalatasaray"a nisbətən daha yaxşı əldə edə bilib. Təəssüf ki, "Qalatasaray" bu anlamda davamlılıq göstərə bilmədi. Amma bütün bunlar derbilər üçün sadəcə bir gözləntidi.
- "Fənərbaxça" derbiyə hansı taktika ilə çıxar? Böyük xal fərqi var. Ersun Yanal müdafiə futboluna üstünlük verə bilər?
- Tam əksinə, məncə, "Fənərbaxça"nın müdafiə futbolu oynaması çox uzaq bir ehtimaldı. Bu qədər üstün durumdaykən, belə oyun oynamazlar. "Qalatasaray"ı yenib çempionluğu daha anlamlı etmək imkanları varkən, buna getməzlər. Hər
- İki komandanı da çalışdırmısınız. Hər ikisinin səviyyəsini bilirsiniz. Baş məşqçi olaraq hansı heyəti seçərdiniz?
- Hansı komandanın daha güclü olması önəmli deyil. Vacib olan daha yaxşı komanda olmaqdı. "Qalatasaray"ın hazırda bu mənada problemləri var. "Fənərbaxça" isə ikinci yarıda ardıcıl bir neçə məğlubiyyət aldı, ancaq çətin də olsa, vəziyyəti dəyişə bildi. Təbii ki, bunda "Qalatasaray" və "Beşiktaş"ın da əməyi oldu. Hər iki komanda liderin uğursuzluğundan yararlana bilmədi. "Qalatasaray"ın heyəti çox dəyərlidi. "Fənərbaxça"da aşağı-yuxarı eyni vəziyyətdədi. Eyni zamanda "Fənərbaxça" əcnəbilərlə bağlı "Qalatasaray"ın yaşadığı problemləri yaşamır. "Qalatasaray" hər həftə axtarışdadı. Komandada bu mövsüm dialoq əskikliyi var. Bunu meydandakı görüntülərdən görə bilirik.
- "Qalatasaray" və "Beşiktaş" ikincilik uğrunda mübarizə aparır. Onlardan hansı Çempionlar Liqasına vəsiqə qazanar?
- Mövsümün əsas sualı budu. Bu sualla siz çempionu müəyyənləşdirmisini. Futbol elə bir oyundu ki, hər an sürpriz ola bilər. "Qalatasaray"la "Beşiktaş"a gəlincə, iki komandanın vəziyyəti eynidi. Derbini "Qalatasaray" qazansa, ikincilik üçün böyük üstünlük əldə edəcək. İkincilik mübarizəsi bir neçə həftə davam edəcək.
- Mustafa Dənizlinin derbidən öncə hansı mesajı var?
- Bir futbolsevər olaraq "Real" - "Barselona" matçının həyacanını bizə yaşatmalarını istəyirəm. Bu derbi sadəcə kağız üzərində qalmasın, bizə həqiqəti göstərsinlər. Futbol olaraq, oyun olaraq, sürət olaraq, qollarla matça gözəllik qatsınlar, bizi futbola doyursunlar. Ən önəmlisi centilmenliyi bütün futbolsevərlərə göstərsinlər.
Fanat.az