Qalatasaray”da yeni idarə heyətinin vəzifə bölgüsü müəyyənləşib. Apasport.az saytının məlumatına görə, İstanbul klubunun növbəti dəfə rəhbəri seçilən Ünal Aysaldan sonra ikinci prezident vəzifəsi Özkan Olcaya tapşırılıb.
Klubun idarə heyətinin rəhbər köməkçisi vəzifələrinə isə Ümid Özdemirlə məşhur müğənni Candan Erçetin təyin edilib.
Qeyd edək ki, türk pop musiqisi sənətçisi Erçetin “Qalatasaray” Litseyinin musiqi müəlliməsi, “Qalatasaray”lılar Dərnəyinin (2007-2009) rəhbər vəzifəsində çalışıb. O, 2009-cu ildən etibarən isə “Qalatasaray” Universitetində işləyir.