UEFA Nizam-İntizam Komitəsi danışılmış oyunlarda adları hallanan "Fənərbaxça" və "Beşiktaş" haqqında son qərarını açıqlayıb.
Qol.Az-ın məlumatına görə, ali qitə qurumu "qara qartallara"ı 1 il , "Fənərbaxça"ni isə 2+1 illik Avropa kuboklarından kənarlaşdırıb.
Bu qərarın ardından rəsmi internet səhifəsində açıqlama verən hər iki klub Beynəlxalq İdman Arbitraj məhkəməsinə müraciət edəcəyini bildirib.
Qeyd edək ki, UEFA-nın verdiyi qərarların yerinə yetirələcəyi təqdirdə Türkiyədən Çempionlar Liqasına "Bursaspor", Avropa Liqasına isə "Kayserispor" və "Kasımpaşa" gedəcək.