“Xəzər Lənkəran”ın futbolçusu Rahid Əmirquliyev eyni komandanın heyətində 200 və daha çox oyun keçirənlərin siyahısına daxil olub. Fanat.az xəbər verir ki, Topaz Premyer Liqasının XXIX turunun “Qəbələ” ilə ev matçında yubiley oyununu keçirən yarımmüdafiəçi buna nail olan 13-cü futbolçudu.
Cənub təmsilçisinə qədər yalnız Qusar “Şahdağ”ında çıxış etmiş Rahid 2006/07 mövsümündə debüt etdiyi “Xəzər Lənkəran”da 200-ə çatan ilk futbolçudu. “Qarabağ”la “Turan”da hamıdan çox - 4, “Viləş”də 2, AZAL-la “İnter”in 1 belə oyunçusu olub. Eyni klubda keçirilən çempionat matçlarının sayında mütləq rekord “Qarabağ”ın 268 oyununda forma geyən Aslan Kərimova məxsusdu - 268 oyun.
1 | Aslan Kərimov | Qarabağ (Ağdam) | 268 |
2 | Sakit Alıyev | Turan (Tovuz) | 248 |
3 | Müşfiq Hüseynov | Qarabağ (Ağdam) | 244 |
4 | Nizami Sadıqov | Turan (Tovuz) | 237 |
5 | Səttar Əliyev | Qarabağ (Ağdam) | 230 |
6 | Yaşar Hüseynov | Qarabağ (Ağdam) | 226 |
7 | Müşfiq Vəliyev | Viləş (Masallı) | 221 |
8 | Alay Bəhramov | Viləş (Masallı) | 220 |
9 | Usim Nduka | AZAL (Bakı) | 208 |
10 | Eltay Aslanov | Turan (Tovuz) | 208 |
11 | Vladimir Levin | İnter (Bakı) | 205 |
12 | Nadir Nəbiyev | Turan (Tovuz) | 204 |
13 | Rahid Əmirquliyev | Xəzər Lənkəran | 200 |
Fanat.az