Məlum olduğu kimi, bu gün AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.az xəbər verir ki, toplantıda Topaz Premyer Liqasının XXIX turunun oyunlarında baş verən qayda pozuntularına hüquqi qiymət verilib. Müzakirələr nəticəsində komitə 3 klubu cəzalandırıb.
“Xəzər Lənkəran”la səfər oyununda 4 futbolçusu sarı vərəqə ilə cəzalanan “Qəbələ” 1000 manat cərimələnib. “Bakı” ilə ev matçının 2, 42, 49 və 80-ci dəqiqələrində “Neftçi” azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edilməsi meydan sahiblərinin eyni məbləğdə cərimələnməsini şərtləndirib. “Sumqayıt”la qarşılaşmada stadionda PFL və Respect bayraqları asılmadığı üçün cəriməyə məruz qalan “Rəvan” da 1000 manatından keçəcək.
Fanat.az