Fransa həndbol milli komandasının əfsanəvi qapıçısı, hazırda Milli Həndbol Liqasının prezidenti olan Bruno Martini həbs olunub.
Fanat.Az "Franceinfo"ya istinadən xəbər verir ki, o, pedofiliya ittihamı ilə dəmir barmaqlıqlar arxasına düşüb.
Məlumata görə, Martininin əməli polisin iki illik əməliyyatından sonra aşkarlanıb. Fransa milli komandası ilə 1995 və 2001-ci illərdə dünya çempionu olan Bruno "azyaşlıları istismar etmək" və "uşaq pornoqrafiyasını çəkmək" ittihamı ilə saxlanılıb.
O, 2021-ci ilin sonundan rəhbərlik etdiyi MHL-in prezindenti postundan istefa verib. Martini müstəntiqlərə etiraf edib ki, o, 13 yaşlı uşaqla sosial şəbəkələr vasitəsilə əlaqə saxlayıb, ondan açıq-saçıq foto və videolar istəyib, görüşməyi təklif edib. O, Parisdəki evində həbs edilib.
Martini günahını etiraf edərsə, onu 5 il həbs cəzası gözləyir.
Mirağa