Azərbaycan çempionu “Neftçi” Avstriya toplanışı zamanı keçirəcəyi yoxlama oyunları ilə bağlı planlarını tam müəyyənləşdirib. Azerisport.az xəbər verir ki, paytaxt klubu sabah – iyunu 28-də Rusiyanın “Volqa” klubu ilə qarşılaşacaq.
İyunun 30-da Almaniyanın ikinci, ya da üçüncü Bundesliqasında çıxış edən klublardan biri ilə görüş nəzərdə tutulub. İyulun 3-də “ağ-qaralar” ikinci Bundesliqada yarışan “İnqolştad”la üz-üzə gələcək.
İyulun 6-da İsrailin “Maccabi” (Hayfa) klubu ilə sınaq matçı planlaşdırılır. Hansı ki, bu komanda həm də Avroliqanın ikinci təsnifat mərhələsində “Xəzər Lənkəran”ın potensial rəqibidi.
Nəhayət, Azərbaycan çempionu son matçını iyulun 9-da Rusiyanın “Terek” klubuna qarşı keçirəcək.
İdman24.az