Azərbaycanın "Land of Fire" komandası İsveçrənin Sankt Morits şəhərində keçirilən 38-ci qarüstü polo üzrə Dünya Kubokunun qalibi olub.
Fanat.Az xəbər verir ki, hütün görüşlərdə qələbə qazanan kollektiv finalda yerli "Sankt Morits"lə üz-üzə gəlib.
Qarşılaşmanın əsas vaxtı heç-heçə yekunlaşıb, əlavə olunan vaxtda "Land of Fire" qızıl topu vuraraq 6:5 hesabı ilə qələbə qazanıb.
Tədbirin sonunda idmançılarımıza turnirin kuboku və xatirə hədiyyələri təqdim olunub.
Qeyd edək ki, yarışda 6 komanda mübarizə aparıb. Bununla da Azərbaycan poloçuları ardıcıl kinci dəfə qarüstü polo üzrə dünya kubokunun sahibi olublar.